ABŞ-ın xüsusi xidmət orqanları Almaniyanın xarici işlər nazirini izləyiblər

ABŞ-ın xüsusi xidmət orqanları Almaniyanın xarici işlər nazirini izləyiblər backend

ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) böyük ehtimalla Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerə qarşı sistemli casusluq edib. Bu barədə məlumatı məxfilikdən çıxarılmış sənədlərə istinadla “Süddeutsche Zeitung” qəzeti, habelə NDR və WDR teleradioşirkətləri yayıb. Sənədlərə görə, MTA-nın “dinləmə siyahısındakı” 20 nömrənin çoxunun F.V.Ştaynmayerə məxsus olması müəyyən edilib. Onların arasında bir mobil telefon nömrəsi olub.



Mənbə Almaniya xarici işlər nazirinin 2005-ci il noyabrın 29-da baş tutan söhbətinin dinlənilməsi barədə protokolu sənədləşdirib. F.V.Ştaynmayerin kim ilə danışması hələlik açıqlanmır. “Süddeutsche Zeitung” yazır ki, yeni dəlillər MTA-nın uzun illər Almaniyanın xarici siyasət idarəsinə qarşı casusluq etdiyini göstərir. Bildirilir ki, “Dinləmə siyahısı”nda “Fişer” qeydi var. Bu da Almaniya XİN-in sabiq başçısı Yoşka Fişerin təqib olunması ehtimalını təsdiq edir.

Bundan əvvəl təkcə AFR kansleri Angela Merkelin deyil, həm də onun sələflərinin və Almaniya hökumətinin üzvlərinin xeyli hissəsinin MTA tərəfindən dinlənilməsi barədə məlumat verilmişdi. “Yaşıllar” Partiyasından deputat Hans-Kristian Ştröbele hökuməti tədbirlər görməyə çağırıb. dpa agentliyi onun “Baş verənlərə göz yummaq olmaz” sözlərini sitat gətirib.
Diaspora