Bəzi konsulluqlar ukraynalılara bilərəkdən Şengen vizası vermirlər, hətta buna hüququ olanlara da. Bu sözləri Ukraynanın xarici işlər naziri Pavel Klimkin parlament üzvləri ilə görüşündə deyib.
Keçənilki statistika göstərir ki, Şengen zonasına daxil olan 22 ölkədən 16-da ukraynalılara viza verməkdən imtina hallarının sayı 2013-cü ildəkinə nisbətən artıb. İsveçrə və Finlandiya ukraynalılara üç dəfə, İspaniya, Portuqaliya, Yunanıstan və İsveç, demək olar ki, iki dəfə çox rədd cavabı verməyə başlayıblar. Belçika isə rekord vurub: 2013-cü ildə bu ölkədə imtina göstəricisi onsuz da çox yüksək olub – müraciətlərin ümumi sayının təqribən 5,5 faizi qədər. Lakin keçən il həmin göstərici 9,5 faizə çatıb.Ukraynanın xarici işlər naziri diplomatik idarələrin siyahısını dəqiqləşdirməyib, amma əmin edib ki, nazirlik onlardan əvvəlki təcrübəyə qayıtmağı tələb edir.