Separatçılar daha bir Ukrayna əsgərini öldürdülər - Üç yaralı

Separatçılar daha bir Ukrayna əsgərini öldürdülər - Üç yaralı backend

Donbas bölgəsində rusiyapərəst separatçıların açdığı atəş nəticəsində daha bir Ukrayna əsgəri həlak olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.  

Separatçıların dünən 5 dəfə atəşkəsi pozduğu diqqətə çatdırılıb.  Həmçinin onların tank əleyhinə qumbara atanlar və yüngül silahlarla açdığı atəş nəticəsində üç Ukrayna əsgərinin yaralandığı bildirilib. Qeyd olunub ki, Ukrayna əsgərləri hücumlara cavab veriblər.