Türkiyənin Şanlıurfa vilayət məhkəməsi ölkə ərazisində “Twitter” sosial şəbəkəsinə çıxışın bərpa edilməsi ilə bağlı qərar qəbul edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə “CNN Turk” telekanalı xəbər yayıb.
Xatırladaq ki, məhkəmə Suruç şəhərində terror aktının baş verdiyi ərazidən çəkilən foto və video materialların dərc edilməsini qadağan etmişdi.Türkiyə mətbuatının məlumatına əsasən, 4 saat ərzində “Twitter”in bloklanmasının səbəbi də bu qadağa idi. Terror aktı ilə bağlı bütün foto və video materiallar sosial şəbəkədən silindikdən sonra çıxış bərpa edilib.