Dmitri Roqozindən ABŞ Dövlət Departamentinə ağır söyüş: “Şərəfsizlər”

Dmitri Roqozindən ABŞ Dövlət Departamentinə ağır söyüş:  “Şərəfsizlər” backend

Rusiya kosmik agentliyinin (“Roskosmos”) baş direktoru Dmitri Roqozin ABŞ Dövlət Departamentinin Kosmonavtika günü ilə bağlı yaydığı bəyanatı kəskin şəkildə qınayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bununla bağlı tənqidini tvitter səhifəsində yayımlayıb.

Qeyd edək ki, Birləşmiş Ştatların xarici siyasət idarəsinin həmin günlə əlaqədar bütün dünyaya ünvanladığı və saytda yer alan təbrik məktubunda sadəcə ilk insanın kosmosa ayaq basmasından danışılır, lakin həmin adamın Yuri Qaqarin olduğu barədə bir kəlmə də deyilmir.

Statusda həmçinin fəzaya uçan ilk bəşər övladının SSRİ tərəfindən göndərildiyinə dair heç bir cümləyə rast gəlinmir. Rəsmi bildirişdə sadəcə olaraq əynində amerikan skafandrı, əlində isə ABŞ bayrağını tutan astronavtların şəkilləri yer alıb.

“Şərəfsizlər. Böyük dövlətlər belə etmirlər”,-deyə Dmitri Roqozin qəzəbini bu cür ifadə edib.

D.Roqozinin ürəyi Facebookda da soyumayıb. Burada o, Rusiya kosmik agentliyinin bu cür davranışlara vərdiş etdiyini bildirib. “Çoxdandır onlardan yaxşı nəsə gözləmirik. Qəribədir, bizlər Amerika və amerikalılar haqqında daha fərqli və yaxşı düşünürdük”,-deyə o yazıb.

Diaspora