Putinin qızına məxsus fond son bir ildəki gəliri ilə rekorda imza atdı

Putinin qızına məxsus fond son bir ildəki gəliri ilə rekorda imza atdı backend

Putinin qızına məxsus fondun gəlirləri 6 milyard rubla çatıb.

Qazilər.az “Open Media”ya istinadla xəbər verir ki, “İnnopraktika” markası altında fəaliyyət göstərən və Rusiya prezidentinin iddia edilən qızı Katerina Tixonovanın rəhbərlik etdiyi “Milli İntellektual İnkişaf Fondu”nun gəliri il ərzində 14,6% artıb. 2020-ci ildə fondun ümumi gəliri 584,2 milyon rubl təşkil edib.

Bu məlumat Mühasibat (Maliyyə) Hesabatı üzrə Dövlət Məlumat Resursunun (BFO) saytında əks olunub. Hazırda Fondun gəlirləri 6 milyard rubla çatıb. Bu, “İnnopraktika”nın fəaliyyət göstərdiyi bütün 9 il ərzində rekord göstəricidir.

“İnnopraktika”nın qəyyumlar şurasına “Rosneft” rəhbəri İqor Seçin, “Qazprom” İdarə Heyətinin sədri Aleksey Miller, “Rostex” şirkətinin baş direktoru Sergey Çemezov, “Transneft” şirkətinin prezidenti Nikolay Tokarev və başqaları daxildir.

Fondu 2012-ci ilin dekabr ayında Moskva Dövlət Universiteti (MDU) təsis edib. Yarandığı gündən bəri quruma “Reuters” və “Bloomberg” agentliklərinin Rusiya Prezidenti Vladimir Putinin qızı adlandırdığı Katerina Tixonova rəhbərlik edir. Prezident özü bu məlumatı nə təsdiq, nə də təkzib edib.

Diaspora