Jirinovskidən Türkiyə çağırışı: "Hökumətimiz üçün məğlubiyyət olacaq"

Jirinovskidən Türkiyə çağırışı:  "Hökumətimiz üçün məğlubiyyət olacaq" backend

"Türkiyə ilə aviaəlaqələri təcili şəkildə dayandırmaq lazımdır. Ən azı, orada yoluxma sayı azalana kimi..."

Qazilər.az xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski deyib.

“Əgər bu edilməzsə, o zaman Türkiyədən qayıdan turistlər infeksiya gətirəcəklər və Rusiyada yenidən artıma səbəb olacaq. Bu, hökumət üçün böyük məğlubiyyət olacaq”, - deyə partiya rəhbəri bildirib.

Qeyd edək ki, qardaş ölkə - Türkiyədə koronavirusa yoluxmada kəskin artım müşahidə olunur.

Axar.az

Diaspora