Kreml: Ukraynada “vətəndaş müharibəsi” başlaya bilər

Kreml: Ukraynada “vətəndaş müharibəsi” başlaya bilər backend

Donbasda situasiya fövqəladə şəkildə qeyri-stabildir.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Ukraynanın davranışı və situasiyanın inkişaf dinamikası genişmiqyaslı döyüş fəaliyyətlərinin və “vətəndaş müharibəsi”nin yenilənməsi təhlükəsini yaradır.

Peskov Ukraynada vətəndaş müharibəsinin Rusiyaya təhdid olduğunu da vurğulayıb.

Qeyd edək ki, Rusiya Donbas separatçılarını birbaşa dəstəklədiyini və orda hərbçiləri olduğunu etiraf etmədiyi üçün bunu “vətəndaş müharibəsi” adlandırmağa meyillidir. (axar.az)

Diaspora