II Yelizavetanın əri vəfat etdi: Səkkiz günlük matəm elan olundu

II Yelizavetanın əri vəfat etdi: Səkkiz günlük matəm elan olundu backend

Böyük Britaniyada Edinburq hersoqu, şahzadə Filipin ölümü ilə bağlı matəm elan olunub.

Oxu.Az xəbər verir ki, bu gündən başlayaraq 8 gün ərzində ölkə ərazisində dövlət bayraqları endirilir, parlament üzvləri isə qollarına qara sarğı bağlayacaqlar.

Matəm günlərində kraliça II Elizabet rəsmi səlahiyyətlərini icra etməyəcək. Həyat yoldaşının dəfninə hazırlıqla bağlı baş nazir Boris Conson ilə keçiriləcək görüş istisna təşkil edəcək.

15:28

Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı, Edinburq hersoqu Filip 99 yaşında həyatını itirib.

“Haber Global” bu barədə Bukingem Sarayının açıqlamasına istinadən xəbər yayıb.

Diaspora