Poroşenkonun istefası olunur

Poroşenkonun istefası olunur backend

Ukrayna milliyyətçiləri küçələrə axışdı. Ukrayna üzrə təmas qrupunun görüşündə Donbasda zirehli texnika və 100 mm kalibrdən az olan silahların cəbhə xəttindən çəkilməsinə dair saziş imzalanmayıb. QAZİLER.AZ-ın APA.TV-yə istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT-in təmas qrupundakı nümayəndəsi Martin Saydik bildirib.

“Razılaşma əldə olunmadı, heç bir sənəd imzalanmayıb” - deyə Saydik əlavə edib. Onun sözlərinə görə, yalnız təhlükəsizlik üzrə işçi qrupunda zirehli texnika və 100 mm kalibrdən az olan bir sıra silahların cəbhə xəttindən çəkilməsinə dair planların uyğunlaşdırılması barədə razılığa gəlinib.

Bu arada Kiyevdə Azadlıq meydanına 6 min nəfərə yaxın insan toplaşıb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, onlar "Sağ sektor"un fəallarıdır. Kütlə Ukraynanın indiki hakimiyyətinə qarşı etimadsızlıq barədə referendum keçirilməsini tələb edir. "Biz artıq görürük ki, ölkədə Yanukoviç sisteminə qayıdılır. Cəmiyyətin əsas problemi hazırda korrupsiya və hüquq-mühafizə orqanlarının özbaşınalığıdır. Biz buna qarşıyıq. Hesab edirik ki, yeni Ukrayna başqa prinsiplər əsasında qurulmalıdır" - deyə "Sağ sektor"un lideri Dmitriy Yaroş bildirib.

Dmitri Yaroş bundan əvvəlki açıqlamasında prezident Pyotr Poroşenko ilə vidalaşmağın vaxtının çatdığını və Ali Radanın buraxılması təklifi ilə çıxış edib.


Diaspora