Türkiyədən QADAĞA

Türkiyədən QADAĞA backend

Şanlıurfa vilayəti Suruç şəhər məhkəməsi 32 nəfərin ölümünə səbəb olan teraktın baş verdiyi ərazidən foto və video materialların dərc edilməsinə qadağa qoydu. Bu barədə “NTV” telekanalı xəbər verir.

Məhkəmənin qərarına əsasən, teraktın baş verdiyi yerdən çəkilən bütün video və foto materiallar faciə barədə dərc olunan mətn və səs xəbərlərindən çıxarılmalıdır. Bu materialların əvvəl yer aldığı bütün sayt və sosial şəbəkə səhifələri isə bloklaşdırılacaq.
Diaspora