ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS North Dakota” sualtı qayığı ilk dəfə olaraq hərbi məqsədlə pilotsuz aparatdan (dron) istifadə edib. QAZİLER.AZ “The Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, iyulun 20-də “USS North Dakota” iki aylıq hərbi keşikçilikdən sonra Konnektikut ştatındakı Qroton bazasına qayıdıb.
“Aralıq dənizindəki missiya sualtı gəminin göyərtəsindən buraxılan dronların ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən ilk dəfə istifadə olunmasının müsbət nəticələrini ortaya qoydu”, - deyə gəminin komandiri, kapitan Duqlas Qordin söyləyib. O, sınağın detallarını açıqlamayıb.Qeyd edək ki, ABŞ hərbçiləri daha əvvəl mina axtarışı və okeanın dibinin xəritəsinin tərtib olunmasında sualtı dronlardan istifadə ediblər.