Koronavirusa qarşı peyvəndin vurulduğu ölkələrin sayı açıqlandı backend

Koronavirusa qarşı peyvəndin vurulduğu ölkələrin sayı açıqlandı

"Koronavirusa qarşı peyvəndləmə artıq 190 dövlətdə başlayıb, 86 ölkə peyvəndi beynəlxalq COVAX mexanizmi vasitəsilə alıb".

Qazilər.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus verib.

“Bu ilin əvvəlində bütün ölkələri 2021-ci ilin ilk 100 günündə səhiyyə işçilərini və digərlərini immunizasiya etməyə başlamağa çağırmışdım. Bu həftə həmin 100 günlük müddət başa çatır və 190 ölkə peyvəndləməyə başlayıb. COVAX artıq 86 ölkəyə 36 milyon doza peyvənd tədarük edib, bu həftə onların sayı 100-ə çata bilər”, - o deyib.