Rəsmi Vaşinqton Suruc hadisələrinə görə təndiqlərə məruz qalan Türkiyə hökumətinə dəstək nümayiş etdirib.QAZILER.AZ saytının ANS PRESS-istinadən məlumatına görə, dövlət departamentinin mətbuat sözçüsü Kirbidən sonra Ağ ev milli təhlükəsizlik şurasının sözçüsü Alistair Baskey də Türkiyənin İŞİD-lə mübarizə çərçivəsində yaradılan koalisiyanın önəmli ortağı olduğunu deyib
.“Anadolu” agentliyinin müxbirinə açıqlama verən Baskey Türkiyənin 2 milyon qaçqına ev sahibliyi etdiyini, humanitar yardım səylərinə liderlik etdyini və İŞİD-lə yüksək səviyyədə mübarizə apardığını qeyd edib.
“Türkiyə İŞİD-ə qarşı mübarizədə əhəmiyyətli bir ortaqdır. Türkiyənin beynəlxalq koalisiyaya bir çox nöqtədə verdiyi konkret səyləri razılıqla qarşılayırıq. Türkiyə, suriyalı müxaliflərə istiqamətlənmiş təlim-təchiz proqramına ev sahibliyi edir. Həmçinin Türkiyə əcnəbi döyüşçülərin axınının qarşısını almaq üçün bir çox addım atıb. Əcnəbi döyüşçü axını sadəcə Türkiyənin problemi deyil. Xüsusilə Avropa, Türkiyə və digər ortaqlarımızla bu istiqamətdə yaxın fəaliyyətimizi davam etdirəcəyik”.
Xatırladaq ki, iki gün əvvəl gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölüb, yüzdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında vəziyyəti ağır olanlar olduğundan ölü sayının çoxalacağı istisna olunmur.