İran prezidenti Həsən Ruhani ölkədə yeni növ koronavirusun (COVID-19) dördüncü dalğasının başladığını bildirib.
TASS-ın verdiyi xəbərə görə, bu barədə İran prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Təəssüf ki, dördüncü dalğa iki vilayətdə başlayıb və biz əgər tibbi protokola əməl etməsək, digər vilayətlərdə də başlaya bilər", - İran prezidenti deyib.
H.Ruhani dördüncü dalğanın başladığı vilayətlərin adını açıqlamayıb.
Qeyd edək ki, son günlərdə İranda koronavirus infeksiyasına yoluxma sayında artım müşahidə olunur. Dekabr ayının əvvəlindən bəri ilk dəfə aprelin 1-də ölkədə sutka ərzində 11 mindən çox yeni COVID-19-a yoluxma halı aşkar edilib. Rəsmi statistikaya görə, aprelin 2-dək İranda infeksiyaya yoluxanların ümumi sayı 1908974-ə, ölənlərin sayı isə 62876-ya çatıb, xəstəlikdən 1633949 nəfər sağalıb.
APA