Britaniyada ilk dəfə süni göz transplantasiyası əməliyyatı keçirilib

Britaniyada ilk dəfə süni göz transplantasiyası əməliyyatı keçirilib backend

Böyük Britaniya cərrahları ilk dəfə süni göz transplantasiyası üzrə əməliyyat aparıblar.

QAZİLER.AZ saytının məlumatına görə, AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Mançester Kral Xəstəxanasında həyata keçirilən əməliyyat 4 saat davam edib. Xəstə 80 yaşlı Britaniya vətəndaşı Rey Flinn olub. O, hazırda həkim nəzarəti altındadır. Həkimlər bildirilər ki, xəstədə görmə qabiliyyəti sürətlə bərpa olunmağa başlayıb.

Xüsusi quraşdırılmış eynək kameralarla məlumatları qurğuya ötürür. Sonra məlumatlar simsiz kanalla tor elektrodlara verilir.
Diaspora