Türkiyəni şoka salan qadın geyimli kişi (VİDEO)

Türkiyəni şoka salan qadın geyimli kişi (VİDEO) backend

QAZİLER.AZ saytının ANS PRESS-ə istinadən məlumatına görə, Şanlıurfada partlayış törədən terrorçu kamikadze Abdurrahman Alagöz Adıyaman rayonunda qeydiyyatda və İŞID terrorçu qruplaşması ilə əlaqəli olduğu bildirilir.

Məlumatlara görə, Alagözün hadisə yerində şəxsiyyətini təsdiq edən sənədinin tapıldığı bildirilir.

Bundan başqa terrorçunun Sosialist Gənclik Dərnəkləri Fedarasiyasına üzv olan gənclərin mediaya açıqlama verdiyi zaman onların arasına sızaraq terror aktını həyata keçirdiyi güman olunur.

Qadın geyimində kişi?

Suruçda hadisə yerində tapılan bədəndən ayrılan insan başı terrorçunun qadın libasını geyən kişi olduğunu güman etməyə əsas verir.

Suruçda partlayışdan sonrakı vəziyyət

Hadisə yerində ikinci partlayış olacaqdı?

Partlayış zamanı yaralanan və müalicə üçün xəstəxanaya aparılan 20 yaşında olan qızın qarın nahiyəsində bomba izlərinin olduğu qeyd edilir. Qıza Suruç rayonunda ilkin yardım göstərildikdən sonra Şanlıurfa vilayətinin mərkəzi xəstəxanasına göndərilib. Yaralı qızın terrorla əlaqəsinin olub-olmadığının araşdırıldığı vurğulanıb.





Diaspora