“Qurani-Kərim”in ən qədim nüsxəsi - Birmingem Universitetinin kitabxanasında

“Qurani-Kərim”in ən qədim nüsxəsi  -  Birmingem Universitetinin kitabxanasında backend

Birmingem Universitetinin əməkdaşları ali təhsil ocağının kitabxanasında saxlanılan əlyazmanın “Qurani-Kərim”in ən qədim nüsxəsi olduğunu bildirirlər.


AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, tədqiqatçıların apardığı radiokarbon analizinə görə, əlyazmaların ən azı 1370 yaşı var. Bu isə, “Qurani-Kərim”in indiyə qədər tapılmış ən qədim nüsxəsidir. Müqəddəs kitabın səhifələri təxminən bir əsrdir ki, kitabxanadadır.

Əlyazma Orta Şərq kitab və sənədləri kolleksiyasında saxlanılırdı. Tədqiqatçılardan biri araşdırma apararkən bu əlyazmanı tədqiq etmək istəyib və radiokarbon analizi aparıb. Nəticə “təəccübləndirici” olub.

Oksford Universitetinin radiokarbon analizi şöbəsinin apardığı testlərin nəticələrinə görə, əlyazma dəri üzərində 95 faiz ehtimalla, Hicri təqvimi ilə 568-645-ci illər arasında yazılıb.

Universitetin Xristianlıq və İslam üzrə professoru David Thomas deyib ki, bu, bizi İslamın yarandığı dövrə apara bilər. İslam inancına görə, Məhəmməd Peyğəmbər “Quran” ayələrini 610 və 632-ci illər arasında alıb. Tapıntılar göstərir ki, əlyazmanı yazan şəxs Məhəmməd Peyğəmbərin zamanında yaşayıb. Ola bilər ki, əlyazmanı yazan şəxs Məhəmməd Peyğəmbəri tanıyıb, görüb və onun xütbələrində iştirak edib.

Əlyazmanı universitetə başqa kitablarla birgə 1920-ci ildə İraqda doğulmuş Alphonse Mingana təqdim edib.
Diaspora