Londonda möhtəşəm sərgi açılacaq

Londonda möhtəşəm sərgi açılacaq backend

Oktyabrın 13-də Londonun “Saatchi” qalereyasında möhtəşəm sərgi açılacaq.

QAZİLER.AZ məlumatına görə, AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, noyabrın 1-dək davam edəcək “Mademoiselle Privé” (“Dəyərli xanım”) adlı sərgidə “Chanel” moda evinin kutyur sənətkarlığına həsr olunmuş əşyaları sərgilənəcək. Sərgidə Koko Şanel və Karl Lagerfeld tərəfindən yaradılmış orijinal əşyalarla yanaşı, kutyur libaslar və nadir zərgərlik nümunələri də nümayiş etdiriləcək.

Qeyd edək ki, sərgilənən əşyalar arasında 1932-ci ildə Şanel tərəfindən yaradılmış “Bijoux de Diamants” adlı ilk zinət əşyaları kolleksiyası yer alacaq.
Diaspora