Suriyada fəaliyyət göstərən “Horasan” terror qruplaşmasının başçısı Mühsin əl-Fədli hava zərbəsi nəticəsində məhv edilib.
QAZİLER.AZ saytının APA-a istinadən verdiyi məlumata görə, bunu ABŞ Müdafiə nazirliyinin rəsmi nümayəndəsi Ceff Devis bəyan edib.
Onun sözlərinə görə, vaxtilə Usamə bin Ladenin yaxın çevrəsinə daxil olan əl-Fədli “Əl-Qaidə” qruplaşmanın hazırkı rəhbərlərindən biri olub.
Qeyd olunur ki, “Əl-Qaidə” ilə əlaqəsinə görə 2001-ci ildə Küveytdə məhkəməyə cəlb edilən əl-Fədli Çeçenistanda, səhra komandiri Əmir Xattabın dəstəsində vuruşduğunu etiraf edib.
Qeyd edək ki, ABŞ hökuməti əl-Fədlinin yeri haqda informasiya müqabilində 7 milyon dollar mükafat təyin etmişdi.