AKP ofisinə silahlı hücum oldu

AKP ofisinə silahlı hücum oldu backend

Türkiyənin İstanbul şəhərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ofisi silahlı hücuma məruz qalıb.

QAZILER.AZ saytının Lent.az-a istinadən məlumatına görə, İstanbul şəhəri Maltəpə rayon təşkilatının ofisina PKK terrorçuları hücum edib. Hücum zamanı AKP-nin ofisinə 15 dəfə atəş açılıb. AKP gənclər təşkilatının üzvü olan 5 nəfərin daha əvvəl ofisdən ayrılması isə baş verəcək insan tələfatının qarşısını alıb. Faktla bağlı istintaq başladılıb və araşdırmalar davam edir.

Qeyd edək ki, hər fürsəti terrorçu lider Abdullah Öcalana dəstək aksiyası keçirmək üçün dəyərləndirən PKK terrorçuları iki gün əvvəl Şanlıurfa vilayətinin Suruc rayonunda 32 nəfərin ölümü ilə nəticələnən terror hadisəsinə görə, AKP və Türkiyə hökumətini təqsirləndirir.
Diaspora