Dmitri Peskov: “Putin mənimlə tez-tez zarafat edir”

Dmitri Peskov:  “Putin mənimlə tez-tez zarafat edir” backend

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Kremldə işləyən şəxslərin öz aralarında zarafat edib-etmədiklərinə aydınlıq gətirib.
 
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o jurnalistlərin 1 Aprel Günü ilə bağlı suallarını cavablandırıb.
 
“Kreml administrasiyasında zarafat etmək qəbul edilir, dövlət başçısı isə mənimlə tez-tez zarafatlaşır”, - D.Peskov deyib.
 
Bununla belə, Kreml rəsmisi necə zarafatlaşdıqlarını izah etməkdən çəkinib: “İnsan kimi”.

Diaspora