5000 nəfərlik konsert təşkil edib koronavirusun yayılma riskini yoxladılar - VİDEO

5000 nəfərlik konsert təşkil edib koronavirusun yayılma riskini yoxladılar - VİDEO backend

Barselonada (İspaniya) beş min nəfərlik eksperimental konsert keçirilib. Bu, pandemiya başlayandan bəri ilk böyük musiqili tədbirdir.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Bildirilir ki, bütün tamaşaçılar anticisim üçün ekspress-testdən keçib, hər kəs maska taxıb və hamı iki həftə öncədən həkim nəzarətində olub.

Təcrübədə əsas məqsəd konsert zallarının koronavirusun yayılması üçün risk zonası olub-olmadığını araşdırmaqdır.

Analoji böyük konsertlərin Fransanın Paris və Marsel şəhərlərində keçirilməsi də planlaşdırılır.