Xamənei 2 minə yaxın məhkumu əfv etdi backend

Xamənei 2 minə yaxın məhkumu əfv etdi

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei İmam Zamanın (İmam Mehdi) mövludu günü münasibətilə 1 849 məhkumun azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi ilə bağlı layihəni təsdiqləyib.

 Məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, İran Ali Məhkəməsinin sədri ayətullah İbrahim Rəisi İranın ali liderinə lazım olan şərtlərə cavab verdiyi üçün 1 849 məhkumun azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi ilə bağlı məktub ünvanlamışdı.

Report.az