ABŞ getdikcə qarşıdurma xarakteri alan Çinlə münasibətlərini güc mövqeyindən qurmaq niyyətindədir.
Qaziler.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken “CNN”ə müsahibəsində bildirib.
“Aydındır ki, Çin ilə münasibətlərdə qarşıdurmanı artıran daha çox aspektlər ortaya çıxır, onlar rəqabət xarakteri daşıyır, lakin əməkdaşlıq üçün də sahələr var. Nəticədə biz Çin ilə münasibətlərimizi güc mövqeyindən qurmalıyıq”, - deyə Blinken əlavə edib.
Onun sözlərinə görə, bu baxımdan ABŞ tərəfdaşları və müttəfiqlərinin dəstəyinə ümid edir.
“Çin tərəfindən meydana çıxan çağrışlara ortaq bir yanaşma işləyib hazırlasaq, onların öhdəsindən effektiv şəkildə gələ biləcəyik”.