Ukrayna Silahlı Qüvvələri Qara dəniz sahillərində Türkiyənin “Bayraqdar TB2” zərbə PUA-larının iştirakı ilə təlimlər keçirib.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
”Bayraktar TB2” zərbə PUA-ları Ukraynanın materik hissəsindən Qara dənizdəki Tendrovskaya kosa adasına uçuşlar həyata keçirdi. Dronlar müxtəlif manevr hazırlığı tapşırıqları yerinə yetirib”, - məlumatda qeyd olunub.