Yaponiyanın paytaxtı Tokio yaxınlığında yerləşən Narita aeroportunda koronavirus testi pozitiv çıxan, karantində olan qadın ölüb.
Qaziler.az bildirir ki, bu barədə ölkənin səhiyyə nazirliyinə istinadən Kiado agentliyi xəbər yayıb.
Bu, dünyanı cənginə alan koronavirus pandemiyasının gedişatında ilk belə ölümdür. Əslən Xirosimadan olan qadın Misirdən gəlirmiş. Onun xəstəliyi simptomsuz olub. Onun tülüfonlara cavab vermədiyini görən tibb işçiləri otağa daxil olarkən qadının öldüyünü görüblər. Koronavirusa yoluxan qadının ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Yaponiyada 466506 nəfər koronavirusa yoluxub və 9002 nəfər vəfat edib.