Qadın ərini, qız anasını öldürdü - Dünya bu edamdan danışır

Qadın ərini, qız anasını öldürdü -  Dünya bu edamdan danışır backend

Zorakılıq etdiyinə görə ərini öldürən qadının edam cəzasını qızı verib.

Qazilər.az xəbər verir ki, İranda baş verən bu səs-küylü hadisə haqqında ingilis mediası yazıb.

Məlumata görə, atasının anası tərəfindən öldürülməsindən sonra onların qızı qan pulunu qəbul etməyib və bu addımı ilə anasının edam olunmasına razılıq verib.

İranlı Məryam Karamının ərindən boşanmaq istədiyi, ancaq ərinin buna icazə vermədiyi, əksinə Məryama qarşı hər gün zorakılıq etdiyi qeyd olunur.

Digər iddiaya görə, ərini Məryam deyil, onun atası öldürüb.

İranda ölən şəxsin qohumları öldürən şəxsdən qan pulu, ya da eyni şəkildə qarşılıq verilməsini tələb edə bilər. Əgər qohumlar pul verilməsini istəmirsə, bu zaman ölüm hökmünü öz əlləri ilə icra edə bilərlər.

Teleqraf.com

Diaspora