72 milyard dollarlıq sərvətlə dünyanın ən varlı şəxslərdən biri olan Uarren Baffet iqtisadi böhran içərisindəki Yunanıstanda ada alıb. Lent.az-ın “sözcü.com.tr” yə istinadən məlumatına görə, Baffet 15 milyon avro ödəyərək Afinadan 13 kilometr məsafədə olan Agios Tomas adasını satın alıb. Yunan Dəniz Qüvvələri bu adadan bir müddət öncə poliqon kimi istifadə edib. Baffet Agios Tomas adasında lüks evlər inşa etdirməyi planlaşdırır. O bildirib ki, bu dönəmdə Yunanıstanda investisiyalar üçün yaxşı fürsətlər var.
Qeyd edək ki, məşhur aktyor Conni Dep də keçən həftə Yunanıstanda boş ada Strongilonu almaq üçün 4,2 milyon avro ödəyib.