Rusiyada helikopter qəzası: ölən var

Rusiyada helikopter qəzası: ölən var backend

Rusiyada ölkənin Fövqəladə Hallar Nazirliyinə məxsus “Ka-32” helikopteri qəzaya uğrayıb.

Report.az xəbər verir ki, məlumatı Rusiya FHN yayıb.

Qeyd olunub ki, hadisə Baltik dənizinin Kurşsk körfəzinin üzərində baş verib.

Təlim uçuşu zamanı baş verən qəza nəticəsində bir nəfər ölüb, daha bir nəfər yaralanıb.

Qəzanı yerində araşdırmaq üçün əməliyyat qərargahı və komissiya yaradılıb. Təyyarənin düşdüyü yerdən çıxarılması barədə qərar veriləcək. Ərazidə 10-dan çox texnika işləyir.

Diaspora