Amerikada irqçilik və ayrıseçkilik səngimir.
Qazilər.az xəbər verir ki, zəncilərə ikinci dərəcəli insanlar kimi baxıldığı və polisin qaradərililəri özbaşına öldürdüyü bir ölkədə bu dəfə irqçilik bir təhsil müəssisəsində baş verib.
Nyu-York əyalətində katolik məktəblərindən birinin direktoru müəllimi tərəfindən otağına göndərilən 11 yaşlı qaradərili şagirddən "Afrika metodu" ilə diz çökməsini və üzr istəməsini istəyib.
Azyaşlının anası Trişa Paul oğlunun evə məyus gəldiyini görüb. Başına gələnləri anasına danışan uşaq bir tapşırığa görə direktorun kabinetinə göndərildiyini deyib. Direktorun da ondan "Afrika metodu" ilə diz çöküb üzr istəməsini istədiyini söyləyib. Hadisə barədə mətbuata açıqlama verən ana məktəb direktorundan şikayətlənib. Məktəb müdiri vəzifəsindən kənarlaşdırılıb.
Teleqraf.com