Türkiyədə PKK-nın 100 kiloqramlıq bombası zərərsizləşdirildi

Türkiyədə PKK-nın 100 kiloqramlıq bombası zərərsizləşdirildi backend

Türkiyədə növbəti terror aktının qarşısı alınıb. QAZİLER.AZ xəbər verir ki, bunu Modern.az Türkiyə KİV-inə isitnadən xəbər verir ki, Tunceli vilayətində Sütlücü kəndində, avtomobil körpüsünün alında aşkarlanan bomba 100 kiloqram çəkiyə malik olub. Hadisə yerinə çağırılan minatəmizləyənlər partlaycı qurğunu zərərsizləşdiriblər.


Faktla bağlı araşdırmaya başlayan Tunceli polisi hadisənin arxasında Qərb ölkələri tərəfindən terrorçu təşkilat kimi tanınan Kürd İşçi Partiyasının (PKK) durduğunu ehtimal edir. Bundan 2 gün öncə. Şanlıurfa vilayətində baş “İslam Dövləti” qruplaşmasının 18 yaşlı üzvünün tədbirdə özünü partlatması nəticəsində azı 31 nəfər həlak olmuş, 100-dən artıq insanın yaralanmışdı.
Diaspora