Ukrayna və Gürcüstanın NATO-ya nə zaman üzv olacağı  məlum deyil backend

Ukrayna və Gürcüstanın NATO-ya nə zaman üzv olacağı məlum deyil

“2008-ci ildə NATO-nun Buxarest sammitində Ukrayna və Gürcüstanın alyansa üzv olacağını elan etdik. Lakin vaxtını təyin etmədik”.

“Report” xəbər verir ki, bunun təşkilatın Baş katibi Yens Stoltenberq deyib.

“İndi Ukrayna və Gürcüstanın üzvlüyə yaxınlaşmasına kömək edirik. Onlara təhlükəsizlik islahatları aparmasına, silahlı qüvvələr üzərində demokratik nəzarəti gücləndirməsinə, tədricən NATO standartlarına və ittifaqa üzvlüyünə yaxınlaşmasına kömək edirik” - Yens Stoltenberq əlavə edib.

Onun sözlərinə NATO-ya üzv olmaq barədə qərar konsensusla qəbul edilir:

“Bütün müttəfiqlər bununla razılaşmalıdırlar. Buna görə müttəfiqlərin Ukrayna və Gürcüstanın ittifaqa daxil olmağa tam hazır olduqlarını düşünəcəkləri vaxtı deyə bilmərəm”.