Moskvada əməliyyat: Şamil Basayevin silahdaşı həbs edildi –  FOTO backend

Moskvada əməliyyat: Şamil Basayevin silahdaşı həbs edildi – FOTO

2000-ci ildə Çeçenistanda Pskov desantçılarına hücumun iştirakçılarından biri Moskvada həbs edilib.

HİT.Az Rusiya KİV-inə istinadən xəbər verir ki, həbs edilən şəxs Çeçenistanın səhra komandiri olmuş mərhum Şamil Basayevin dəstəsinin üzvüdür.

Çeçen mücahid German Arbininin həbs olunması əməliyyatında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX), FTX-nin İstintaq Komitəsinin, Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın zabitləri iştirak edib.


Xüsusi xidmət orqanları German Arbininin Pskov desantçılarına hücumda iştirakını təsdiq edən dəlil və sübutların olduğunu iddia edir. Bildirilir ki, çeçen mücahid silahlı üsyan və hərbi personalın həyatına təcavüz ittihamı ilə mühakimə edilə bilər. 

Xatırladaq ki, Pskov desantçılarına hücum Çeçenistanın Arqun dərəsində baş verib. 29 fevral 2000-ci il tarixdə 76-cı Pskov hava-desant diviziyasının 104-cü alayının 6-cı taqımı ilə çeçen mücahidləri ilə döyüşə girib. Bu döyüşdə çeçen mücahidlərinə Şamil Basayev və Əmir Xəttab rəhbərlik edib.