ABŞ prezidenti Co Bayden cümə axşamı ilk mətbuat konfransını keçirəcək.
“RİA Novosti” xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib. Mətbuat konfransı Baydenin prezidentliyinin 65-ci günündə baş tutacaq.Bayden sələflərindən daha gec mətbuat konfransı keçirir. Belə ki, həm Donald Tramp, həm Barak Obama, həm Corc Buş, habelə Bill Klinton prezidentlik müddətlərinin ilk iki ayında mətbuat konfransı keçiriblər.
Mətbuat konfransının vaxtı məlum deyil, ancaq onun günortadan sonra baş tutacağı ehtimal olunur. (azvision.az)