"Bu 4 ölkə Qərb üçün hərbi təhdiddir" backend

"Bu 4 ölkə Qərb üçün hərbi təhdiddir"

"Rusiya, Çin, İran və Şimali Koreya Qərb üçün hərbi təhdid yaradır".

APA TASS-a istinadən xəbər verir ki, bu fikri ABŞ dövlət katibi Entoni Blinken NATO-nun Brüsseldəki mənzil-qərargahında Vaşinqtonun xarici alyansları və əməkdaşlıqları haqqında çıxış edərkən səsləndirib.

O, çıxışına Qərb ölkələrinin “bu gün üzləşdiyi ən aktual təhlükələrlə başladı”: “Mənim fikrimcə, üç kateqoriya mövcuddur. Birincisi – digər ölkələr tərəfindən olan hərbi təhdidlərdir”. ABŞ diplomatiyasının rəhbəri bu siyahıya Rusiya, Çin, İran və KXDR-i daxil edib.