"Türkiyədə növbədənkənar parlament seçkilərinin keçirilmə ehtimalı 50 faiz təşkil edir". QAZİLER.AZ-ın Trend-ə istinadən verdiyi məlumata əsasən, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yüksək vəzifəli fəalı, mədəniyyət və turizm naziri Ömər Çelik müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbərliyi ilə görüşdən sonra deyib.
Nazir CHP ilə danışıqların müsbət ab-havada keçdiyini bildirib: “Həftənin sonuna kimi bir dəfə də görüşəcəyik. Öz aramızda irəliləməli olduğumuz müddəa, mövzu və istiqamətləri müəyyənləşdirəcəyik. Koalisiya hökumətinin yaradılması və növbədənkənar seçkilərin keçirilmə ehtimalı 50/50-dir”.