Rusiya Hərbi Hava Qüvvələrinə məxsus “Su-24” bombardmançı təyyarəsi qəzaya uğrayıb.
QAZİLƏR saytının “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hərbi təyyarə bu gün Volqoqrad üzərində qəzaya uğrayaraq yerə düşüb.“Təyyarənin “Marinovka” aerodromu yaxınlığına düşdüyü güman olunur. Təyyarədə iki pilot olub. Onların taleyi naməlumdur”, - deyə agentliyə məlumat verən mənbə bildirib. O, təyyarənin uçuş-enmə zolağından 7 km aralıda düşdüyünü deyib. Hadisə yerinə axtarış-xilasetmə qrupu göndərilib. Rusiya Müdafiə Nazirliyi qəzanın səbəblərini araşdırmaq üçün komissiya yaradıb.