Kraliça Yelizaveta itinə müharibədə ölən əmisinin adını verib - FOTO

Kraliça Yelizaveta itinə müharibədə ölən əmisinin adını verib - FOTO backend

Korgi cinsli köpəklər saxlamağa həvəsi olan Kraliça II Yelizaveta itlərindən birinə verdiyi adla gündəmə gəlib.

Qaziler.az bildirir ki, kraliça iki iti öləndən sonra daha iki it alıb.

İtlər Kraliçanın həyat yoldaşı, Edinburq hersoqu Şahzadə Filipin keçən ay xəstəxanaya qaldırılmasından sonra saraya gətirilib.

Sözügedən köpəklərdən birinə 1915-ci ilin sentyabrında Fransadakı Loos döyüşündə həlak olan İngilis kraliçasının əmisi Ferqus Boves-Lyonun adı verilib. digər itin adı Muick adı qoyulub.

Xatırladaq ki, Loos Döyüşü, 25 Sentyabr - 14 Oktyabr 1915-ci ildə olub. Bu da I Dünya müharibəsi dövrünə (1914-1918) təsadüf edir.

Muick adlı köpək, kral ailəsi tərəfindən 2 min 650 lirə qiymətə alınıb.

Kraliça Yelizavetanın indiyə qədər 30-dan çox korgi cinsli köpək saxladığı bildirilir.

Diaspora