Netanyahudan Məkkə vədi: “Yenidən baş nazir seçilsəm...”

Netanyahudan Məkkə vədi: “Yenidən baş nazir seçilsəm...” backend

Fələstinli seçicilərinə səslənən İsrail Baş naziri Binyamin Netanyahu maraqlı vədlə çıxış edib.

O bu barədə İsrailin “Kanal 13” telekanalına müsahibəsində danışıb.

“Yenidən seçilsəm, Təl-Əvivdən Məkkəyə birbaşa təyyarə reyslərini bərpa edəcəyəm”, - baş nazir bildirib.

Netanyahu bu açıqlamasıyla İsrail-Səudiyyə Ərəbistanı münasibətlərinin normallaşdırılmasının tərəfdarı olduğuna eyham vurub.

O, martın 16-da verdiyi açıqlamada İsrailin 4 ölkə ilə əlaqələrini normallaşdıracağını demişdi.
Diaspora