Yaponiyada zəlzələ: xəsarət alanlar var

Yaponiyada zəlzələ: xəsarət alanlar var backend

Yaponiyanın Miyaqi və İvate prefekturalarında baş verən zəlzələ zamanı azı səkkiz nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə NHK telekanalı bildirib.

Zərərçəkənlərin vəziyyəti haqqında məlumat verilmir. Zəlzələ Fukusima, Miyaqi və İbaraki prefekturalarında atom elektrik stansiyasının işinə təsir etməyib.

Qeyd edək ki, yeraltı təkanlar bu gün 7,2 maqnitudada Honsü adasının şimal-şərq sahilində qeydə alınıb. Zəlzələnin episentri Miyaqi prefekturası ətrafında, təxminən 60 kilometr dərinlikdə yerləşib. Seysmoloqlar əvvələ sunami təhlükəsi elan ediblər, amma sonra xəbərdarlıq ləğv olunub. Bununla belə, gələn həftə regionda başqa zəlzələlər gözlənilir.