Amerikalı teleaparıcı Brayan Uilyams xəbər efirində həqiqəti təhrif etdiyini etiraf etdikdən sonra NBC telekanalında yarım il işdən azad edilib.
RİA Novostinin verdiyi məlumata əsasən, o, 2003-ci ildə İraqa müdaxilə zamanı helikopterinin raketlə vurulmasına dair yalan danışıb.Bu yalana görə B.Uilyams televiziya tamaşaçılarından üzr istəyib. Bundan başqa, teleaparıcı "Katrina" qasırğasından sonra dizenteriyaya yoluxması barədə yalan informasiya yaymışdı.