Gürcüstanda koronavirus vaksini vurulan tibb bacısı öldü backend

Gürcüstanda koronavirus vaksini vurulan tibb bacısı öldü

Gürcüstanda koronavirusa qarşı peyvənd olunduqdan sonra reanimasiyaya yerləşdirilən 27 yaşlı tibb bacısı Megi Bakradze ölüb.

“Mtavari” telekanalı məlumat verir ki, o, Tbilisi Dövlət Tibb Universitetinin Birinci Klinikasında vəfat edib.

COVID-19-a qarşı “AstraZeneca” dərmanının tətbiqindən təxminən yarım saat sonra 27 yaşlı tibb bacısının anafilaktik şok keçirdiyi təxmin edilir.

Bildirilir ki, protokolda nəzərdə tutulan müalicə müsbət nəticə verməyib. Xəstə kritik vəziyyətdə qalıb, həkimlər bir neçə dəfə ürəyin işini bərpa etməli olublar.

Gürcüstan Səhiyyə Nazirliyinin Tənzimləmə Agentliyi hadisə ilə bağlı araşdırma başladıb.

Xatırladaq ki, dünən Gürcüstanın Axalsıx şəhərindəki “Imedi” klinikasında peyvənd vurulan tibb bacısının da vəziyyəti pisləşib və o reanimasiya şöbəsinə yerləşdirilib.

15 mart tarixində vaksinasiyaya başlayan Gürcüstanda eyni dərmanla peyvəndləmə prosesinin davam etdirilməsinə qərar verilib.

Qərar verilərkən Avropa Dərman Agentliyinin (EMA) peyvəndin təhlükəsiz və təsirli olduğu və faydaların risklərdən üstün olduğu ilə bağlı araşdırmaları nəzərə alınıb.

Ölkədə artıq 2,7 mindən çox tibb işçisi peyvənd edilib.

Oxu.az