Çavuşoğlu Zəriflə görüşüb

Çavuşoğlu Zəriflə görüşüb backend

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ankarada səfərdə olan iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında görüş olub.

Qazilər.az xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Tərəflər Türkiyə-İran əlaqələri, regional və beynəlxalq gündəmin aktual məsələlərini müzakirə ediblər.

Danışıqlarda Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının rəhbəri Hakan Fidan da iştirak edib.
Diaspora