Məmmədyarov - Rəcəbov görüşü heç-heçə bitdi

Məmmədyarov - Rəcəbov görüşü heç-heçə bitdi backend

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsinin üçüncü oyun günündə Azərbaycan dueli baş tutub.

"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışın XIII turunda Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov üz-üzə gəlib.

Qarşılaşma 37-ci gedişdə heç-heçə başa çatıb.

Qeyd edək ki, bu görüşdə Məmmədyarov ağ, Rəcəbov isə qara fiqurlarla oynayıb. Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində üçüncü günün oyunları keçirilib.

Məmmədyarov günün ilk oyununda rusiyalı Yan Nepomnyaşiyə uduzsa da, ikinci qarşılaşmada onun həmyerlisi Sergey Karyakinə qalib gəlib.

Rəcəbov isə ilk partiyada ispaniyalı David Antonu məğlub edib. 34 yaşlı qrossmeyster növbəti görüşdə isə isveçli Nils Qrandeliusla sülh bağlayıb.
Diaspora