Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun oyunları canlı yayımda - FOTO backend

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun oyunları canlı yayımda - FOTO

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsi Azərbaycanda canlı yayımlanacaq.

"Report" İnformasiya Agentliyi "Magnus Carlsen Invitational" adlanan mərhələdə ölkəni təmsil edən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun bütün qarşılaşmalarını aparıcı, beynəlxalq qrossmeyster Vasif Durarbəylinin şərhləri ilə təqdim edəcək.

Yayım Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə "Report"un yutub və feysbuk səhifələri vasitəsilə həyata keçiriləcək. İlk yarış günündə qonaq qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının sabiq üzvü Zeynəb Məmmədyarova olacaq.

Canlı yayım Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.

Bu gün şərh olunacaq oyunlar:

I tur

Levon Aronyan (Ermənistan) - Şəhriyar Məmmədyarov

Teymur Rəcəbov - Aniş Giri (Niderland)

II tur

Teymur Rəcəbov - Alan Piçot (Argentina)

Şəhriyar Məmmədyarov - Daniil Dubov (Rusiya)

III tur

Uesli So (ABŞ) - Teymur Rəcəbov

Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov

IV tur

Şəhriyar Məmmədyarov - Yorden van Forest (Niderland)

Teymur Rəcəbov - Levon Aronyan (Ermənistan)

V tur

Daniil Dubov (Rusiya) - Teymur Rəcəbov

Maksim Vaşye-Laqrav (Fransa) - Şəhriyar Məmmədyarov

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq. Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.