Azərbaycanlı yüngül atlet Nazim Babayev İsveçin Eskilstuna şəhərində keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub
QAZİLER.AZ saytı AZƏRTAC-a istinadən xəbər verir ki, idmançımız uzunluğa tullanma yarışlarının finalında 17,04 metr nəticə göstərərək qızıl medal qazanmaqla yanaşı rekorda da imza atıb.Qeyd edək ki, yarışda ikinci yeri italiyalı Tobia Bocçi (16,51), 3-cü yeri isə ukraynalı Pavlo Beznits (16,10) tutub.