"Real" futbolçuları Xames Rodriqes və Sami Xediranı cəzalandırıb.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, sözügedən oyunçular komanda yoldaşları Kriştiano Ronaldonun 30 yaşı münasibəti ilə təşkil etdiyi məclisə qatıldıqlarını üçün cərimə olunub.Qeyd edək ki, K.Ronaldo "Atletiko"ya 0:4 hesablı məğlubiyyətdən sonra ad gününü komanda yoldaşları və dostları ilə birgə qeyd edib. Onun bu hərəkəti azarkeşlər tərəfindən tənqid edilib.