Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Qəbələ" (Azərbaycan) - "Çukariçki" (Serbiya) cavab matçı üçün hakim təyinatları müəyyənləşib
QAZİLER.AZ saytının Qol.Az-a istinadən məlumatına görə, oyunu çexiyalı hakim Radek Prihoda idarə edəcək. Ona İvo Nadvornik və Yakup Hrabovski köməklik edəcək. Dördüncü hakim funksiyasını Pavel Orel yerinə yetirəcək.
Qeyd edək ki, "Qəbələ" - "Çukariçki" görüşü iyulun 23-ü saat 21:00-da başlayacaq.