Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. QAZILER.AZ saytının Qol.Az-a istinadən məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə təmsilçilərimizdən "İnter" və "Qəbələ"nin növbəti mərhələdəki potensial rəqibləri müəyyənləşib.
“Qəbələ” "Çukariçki" səddini keçə bilsə, "Apollon" (Kipr) - "Trakay" (Litva) cütünün qalibi ilə qarşılaşacaq.
“İnter” isə səfərdə 2:1 hesabı ilə qalib gəldiyi "Hafnarfyordur"u keçsə, III təsnifat mərhələsində İspaniyanın “Atletik” (Bilbao) klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları iyulun 30-da, cavaba qarşılaşmaları isə avqustun 6-da keçiriləcək.
Avropa Liqası
III təsnifat mrhələsi
"Çukariçki" (Serbiya) - "Qəbələ" (Azərbaycan) cütünün qalibi - "Apollon" (Kipr) - "Trakai" (Litva) cütünün qalibi
“Atletik” (İspaniya) - "Hafnarfyordur" (İslandiya) - "İnter" (Aaəzrbaycan) cütünün qalibi